Xəbərlər
Azərbaycanın Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib
Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.