YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 15-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov qonaqları salamlayaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi nazirliyin dost Pakistan İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını diqqətə çatdırıb.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullah səmimi görüşə görə təşəkkürünü bildirib, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin böhranların idarə olunması və əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

 

DİGƏR Xəbərlər Arxiv