Xəbərlər
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaların tarifləri fevralda müəyyənləşəcək
Fevral ayının ortalarınadək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif müəyyənləşəcək.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə tariflər artıq müəyyənləşdirilib, sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq.
QSC sədri qeyd edib ki, məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir.