YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Yanvarın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub. Hərbi-texniki, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

DSX-nin rəisi Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin və sərhədlərimizin bir hissəsinin işğal altında qaldığını, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Söhbət zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan təhdidlər ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın uğurlu inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.