YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Laos münasibətləri: siyasi əlaqələrin uğurlu inkişafı və strateji əməkdaşlığın yeni perspektivləri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında münasibətlər xüsusi diqqət çəkir. Cənubi Qafqaz və Cənub-Şərqi Asiya regionlarında yerləşən iki ölkə arasında formalaşmış dostluq əlaqələri son illərdə siyasi dialoqun genişlənməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə səciyyələnir.

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayaraq, ölkələr arasında mövcud olan dostluq və qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan ilə Laos arasında münasibətlərin inkişafını yalnız son dövrün siyasi təmasları ilə məhdudlaşdırmaq düzgün olmazdı. İki ölkə və xalqlar arasında əlaqələrin müəyyən tarixi əsasları mövcuddur. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin 1986-cı ildə Laosda keçirdiyi görüşlər və həmin ölkədə siyasi tədbirlərdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Laos Prezidenti Thonqlun Sisulit də Azərbaycana səfəri zamanı bu tarixi məqamlara toxunaraq, Heydər Əliyevin Laosda xoş xatirələrlə yad edildiyini bildirdi. Bu fakt göstərir ki, xalqlar arasında münasibətlərin təməli zamanla formalaşmış qarşılıqlı hörmət və müsbət təcrübəyə söykənir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu ənənələri davam etdirməsi, Laosla münasibətlərin möhkəmləndirilməsinə diqqət göstərməsi iki ölkə arasındakı əlaqələrin ardıcıllığını nümayiş etdirir. Tarixi irsin qorunması və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsi dövlətlərarası münasibətlərin davamlılığını təmin edən mühüm amillərdəndir.Laos Prezidentinin Azərbaycana rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, Laos Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri olmaqla, ikitərəfli münasibətlər tarixində mühüm mərhələdir. Səfər tərəflərin mövcud əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və əməkdaşlığın praktiki nəticələrini artırmaq niyyətini nümayiş etdirir.

Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Laos münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi mesajdır.Bəyanatdan aydın görünür ki, iki ölkə arasında siyasi əlaqələr uzun illər ərzində formalaşmış dostluq, qarşılıqlı hörmət və beynəlxalq platformalarda əməkdaşlıq ənənələrinə əsaslanır. Parlamentlərarası münasibətlər, hakim siyasi partiyalar arasında əlaqələr və çoxtərəfli diplomatiya bu əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə münasibətlərin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər zamanı qəbul edilən Birgə Bəyanat, imzalanmış sənədlər və müzakirə olunan təşəbbüslər siyasi dialoqun iqtisadi, humanitar və digər sahələrdə konkret nəticələrlə tamamlanması üçün zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv