YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Kamboca əlaqələri: ortaq maraqlar və yeni hədəflər

“Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı yeni imkanlar müzakirə edilib, ticarət və investisiya əməkdaşlığı istiqamətində addımlar atılması barədə fikir mübadiləsi aparılıb. Qeyd olunduğu kimi, Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu mövcud imkanları, iqtisadi və investisiya prioritetlərini daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirdiyi kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir: “Lakin Baş nazirin rəsmi səfərindən sonra həmin sahədə böyük canlanmanın şahidi olacağıq. Həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarını, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etməklə yeni iş birliklərinin yaranmasını da proqnozlaşdırmaq olar. Əlbəttə Baş nazirin səfəri iki tərəfli münasibətlərlə böyük canlanma yaradacaq. Əvvəlcədən mövcud olan çox yaxşı siyasi əlaqələr bundan sonra daha da intensivləşəcəkdir”.

Deputat qeyd edib ki, Azərbaycanda öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemi Kambocada da maraq doğurur: “Bildiyiniz kimi bir neçə dost ölkələrdə artıq bu model yaradılıb və uğurla tətbiq edilir. Əlbəttə bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verəcək addımlardan biri ola bilər”.

DİGƏR Xəbərlər Arxiv