YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Kamboca: tərəfdaşlıq üzrə geniş yol xəritəsi hazırlanır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur… Bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə  keçirdiyi geniş tərkibdə  görüşdə bildirdi. Cənab İlham Əliyev Hun Manetə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitində iştirak etmək üçün dəvətini qəbul etdiyinizə görə təşəkkürünü bildirdi. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Azərbaycan bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü hesab edir. Bu əminlik ifadə edildi ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Bütün ölkələrin buna ehtiyacı var.

Dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında da diqqət göstərdiyi əsas istiqamətlərdən biri sülh və təhlükəsizlik oldu. Vurğuladı ki, hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və Böyük Qayıdış Proqramı həyata keçirilir. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir: “Cənab Baş nazir, Sizi bir daha salamlayıram. Bilirəm ki, Sizin çox zəngin səfər proqramınız var. Əminəm ki, həm rəsmi səfəriniz, həm də Zirvə görüşü çərçivəsində Azərbaycanda keçirdiyiniz vaxt Sizin üçün xoş olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi daha yaxından tanımaq üçün də vaxtınız olacaq”.

Tərəflər iki ölkə arasında əlaqələrin  müxtəlif istiqamətlərdə uğurlu inkişafı üçün mövcud imkanlardan geniş bəhs etdilər. Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Hər iki ölkə  beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələri və fəal əməkdaşlığı var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmasların intensivləşdirmək barədə də razılıq əldə edildi. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu vaxtdan 30 ildən artıq zaman keçib. Kambocanın Baş naziri Hun Manet bildirdi ki, ölkələrimiz arasında münasibətlərin 30 ildən artıq tarixi var. Hun Senin 2014-cü ildə Azərbaycana səfəri baş tutmuşdu və həmin səfər indiyədək davam edən əməkdaşlığımızın yol xəritəsini müəyyənləşdirmişdir. O da vurğulandı ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcək.

DİGƏR Xəbərlər Arxiv