YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti ilə dünya ölkələri arasında xüsusi yeri ilə seçilir

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin xüsusi vurğulanması göstərir ki, sabitliyin davamlılığı yalnız hərbi güc və sərhədlərin mühafizəsi ilə ölçülmür. İnformasiya məkanının və ictimai birliyin qorunması da müstəqil siyasətin əsas dayaqlarındandır.

Dövlət başçısı ideoloji təhdidlərin cəmiyyətin daxilinə yönəldiyini vurğulayaraq bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq”.

Bu yanaşma təhlükəsizliyin dəyişən mahiyyətini ifadə edir. Fiziki sərhədi keçmədən də ictimai rəyi yönləndirmək, etimadı zəiflətmək və qarşıdurma yaratmaq mümkündür. Rəqəmsal platformalar belə təsirlərin yayılmasını sürətləndirir.

Prezident bu xüsusiyyətə ayrıca diqqət çəkib: “Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

Xüsusilə uşaqların və gənclərin dünyagörüşünün formalaşdığı mərhələdə məlumatı yoxlamaq, faktı təbliğatdan ayırmaq bacarığı vacibdir. Xarici təsirlərə qarşı ictimai həmrəyliyin möhkəmləndirilməsi Azərbaycanın müstəqil siyasətinin daxili dayaqlarını qoruyur.

Dövlət başçısı ideoloji təsirlərdən qorunmağın əsas yollarını göstərib: “Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Bu yanaşma media savadlılığının, tənqidi düşüncənin və dövlətçilik şüurunun inkişafını önə çıxarır. Məktəb, ailə və ictimai institutların əməkdaşlığı gənclərin manipulyativ məzmundan qorunmasını gücləndirə bilər.

Təhsil müəssisəsi yalnız bilik və bacarıqların mənimsədildiyi məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin, məsuliyyət hissinin və cəmiyyətə münasibətinin formalaşdığı mühüm sosial institutdur. Bu baxımdan məktəbdə geyim qaydaları sadəcə xarici görünüşlə bağlı məsələ deyil; onlar təhsil mühitinin təşkilinə, məktəbdaxili münasibətlərə, bərabərlik prinsipinə və peşəkar davranış mədəniyyətinə təsir göstərən amillərdən biridir. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblərin vahid yanaşma əsasında müəyyənləşdirilməsi məktəb mühitində nizam-intizamın gücləndirilməsinə, məktəbin ümumi kimliyinin formalaşmasına və tədris prosesinə uyğun şəraitin qorunmasına xidmət edir .

Vahid məktəbli formasının tətbiqi şagirdlərdə məktəb kollektivinə aidlik və məsuliyyət hissinin güclənməsinə kömək edir. Eyni zamanda geyimlə bağlı sosial-iqtisadi fərqlərin qabardılmasının və şagirdlər arasında ayrı-seçkilik risklərinin azalmasına şərait yaradır. Məktəbli geyiminin əsas məqsədlərindən biri uşaqların diqqətini geyimin qiymətindən, dəbə uyğunluğundan və tez-tez dəyişdirilməsindən uzaqlaşdıraraq təlim və tərbiyə prosesinə yönəltməkdir. Məktəbdaxili intizam qaydalarına uyğun olaraq şagirdlər müəyyən edilmiş geyim formasında dərsə gəlməli, geyimlərini təmiz və səliqəli saxlamalı, şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Üst geyimlərinin dərs başlamazdan əvvəl çıxarılması kimi tələblər də məktəb mühitində vahid qayda və təşkilati nizamın qorunmasına yönəlib. Bu qaydaların səmərəli tətbiqi məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı anlaşma və məsuliyyət tələb  edir. Müəllimin geyimi onun peşəkar mövqeyinin və təhsil müəssisəsini təmsil etməsinin görünən elementlərindən biridir. Sadə, təmiz, səliqəli və işgüzar üslubda geyim məktəbdə peşəkar ünsiyyət mühitinin qorunmasına, müəllimin pedaqoji nüfuzunun möhkəmlənməsinə və şagirdlərdə davranış mədəniyyətinə hörmətin formalaşmasına töhfə verir.

Dünyəvi təhsil sistemi uşaqların müxtəlif ideoloji təsirlərdən qorunması və müstəqil dünyagörüşünün formalaşması üçün ümumi, neytral təhsil mühitinin yaradılmasını hədəfləyir. Eyni zamanda dünyəvilik milli-mənəvi irsin və dini-mədəni ənənələrin inkar edilməsi demək deyil. Milli-mənəvi dəyərlərin qorunması, dini irsə hörmət və dünyəvi dövlətçilik prinsipləri bir-birinə zidd olmayan istiqamətlər dir.Məktəb geyimi ilə bağlı müzakirələrdə uşaqların hüquqları, valideynlərin tərbiyə hüququ, dini etiqad azadlığı və ümumi təhsil sisteminin dünyəvi xarakteri nəzərə alınmalıdır. Bu məsələlərə münasibətdə qanunvericiliyin müddəalarının dəqiq izahı, maarifləndirmə və qarşılıqlı hörmət mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, geyim mədəniyyəti məktəbdə yalnız zahiri görünüş məsələsi deyil, ümumi təhsil mühitinin keyfiyyətinə və sağlam məktəb münasibətlərinin qurulmasına təsir göstərən mühüm komponentdir.

DİGƏR Xəbərlər Arxiv