Xəbərlər
Cavid Qurbanov: Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək.
Bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 7-də imzaladığı müvafiq sərəncama uyğun olaraq yaxın vaxtlarda bu sahənin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü tikiləcək.