YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası: dövlətçilik tarixinin aparıcı siyasi qüvvəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycanın müasir siyasi tarixində ayrı-ayrı qurultaylar yalnız siyasi təşkilatların daxili həyatında baş verən hadisələr kimi deyil, həm də ölkənin keçdiyi inkişaf yolunun qiymətləndirilməsi və gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində keçirilməsi ilə xüsusi diqqət çəkir. 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin çıxışı son onilliklərin siyasi proseslərinə nəzər salmaqla yanaşı, ölkənin qarşısında dayanan yeni strateji vəzifələri də gündəmə gətirib.Bu çıxışın mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada Azərbaycanın müasir tarixinin müxtəlif mərhələləri bir-birindən təcrid olunmuş hadisələr kimi deyil, vahid siyasi və dövlətçilik prosesinin tərkib hissələri kimi təqdim edilir. 1990-cı illərin əvvəllərindəki mürəkkəb vəziyyət, Yeni Azərbaycan Partiyasının yaradılması, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, sonrakı dövlət quruculuğu prosesi, iqtisadi inkişaf, hərbi potensialın gücləndirilməsi, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası bu tarixi xəttin əsas mərhələləri kimi nəzərdən keçirilir.

VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən başlıca cəhətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsidir. Prezident İlham Əliyev çıxışında məhz bu məqamı xüsusi vurğulayaraq qurultayın yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirildiyini bildirib.Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında diqqət çəkən məqamlardan biri Yeni Azərbaycan Partiyasının tarixinin Azərbaycanın dövlətçilik prosesləri ilə əlaqələndirilməsidir. Prezident YAP-ın 1992-ci ildə Naxçıvanda keçirilmiş təsis qurultayını sonrakı siyasi proseslər baxımından mühüm başlanğıc nöqtəsi kimi təqdim edib.1990-cı illərin əvvəlləri Azərbaycan üçün mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə xarakterizə olunurdu. Ölkə həm Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, həm iqtisadi böhran, həm də daxili siyasi qarşıdurmalarla üz-üzə idi. Məhz belə şəraitdə siyasi təşkilatlanma, dövlət institutlarının möhkəmləndirilməsi və vahid idarəçilik xəttinin formalaşdırılması məsələləri xüsusi aktuallıq qazanmışdı.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son onilliklər ərzində keçdiyi tarixi mərhələyə yeni prizmadan baxmağa imkan verir. Bu çıxışda keçmişin siyasi hadisələri, dövlətçilik təcrübəsi, hərbi Zəfər və suverenliyin bərpası ilə yanaşı, artıq postmüharibə dövrünün yeni reallıqları və qarşıda duran strateji məsələlər də ön plana çıxarılır. Azərbaycan üçün yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, artıq siyasi gündəmin mərkəzində yalnız müharibə və ərazi münaqişəsi deyil, sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın, sosial rifahın və regional inteqrasiyanın uzunmüddətli təmin olunması dayanır.Bu mərhələdə əsas vəzifə əldə edilmiş siyasi və hərbi nəticələri dayanıqlı dövlətçilik, güclü iqtisadiyyat, yüksək insan kapitalı və müasir cəmiyyət modeli ilə tamamlamadır. VIII Qurultayın mahiyyətini də məhz bu kontekstdə qiymətləndirmək mümkündür. Qurultay bir tərəfdən keçilmiş yolun siyasi xülasəsini təqdim edir, digər tərəfdən isə Azərbaycanın qarşısında duran yeni vəzifələrin konturlarını müəyyənləşdirir.

DİGƏR Xəbərlər Arxiv