Xəbərlər
Şirzad Abdullayev: Ötən il 5 min 243 sahibkara 248,5 mln. manat güzəştli kredit verilib
Sahibkarların maarifləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə 2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla 46 işgüzar forum keçirilib. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Ş.Abdullayev qeyd edib ki, bu tədbirlər çərçivəsində sahibkarlara güzəştli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair maarifləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.
«Ümumilikdə, ötən il SKMF tərəfindən 5 min 243 sahibkara 248,5 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 min 600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır»- deyə, Ş.Abdullayev vurğulayıb.