Xəbərlər
Yasamalda ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Yasamal Bələdiyyəsinin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və partiya fəalları iştirak ediblər.
Aksiya çərçivəsində rayon ərazisində müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb və onlara zəruri aqrotexniki qulluq göstərilib.
