YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə Şəmkir Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in və YAP Şəmkir rayon təşkilatının kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində xiyabanın yaşıllıq üçün nəzərdə tutulan ərazisində müxtəlif növ ağaclar əkilib, suvarma işləri aparılıb.

Həmçinin mövcud ağaclara aqrotexniki qulluq göstərilib, yaşıllıqların qorunması ilə bağlı zəruri tədbirlər görülüb.

DİGƏR Xəbərlər Arxiv