Xəbərlər
Kosta-Rika Azərbaycanda səfirlik açmaq istəyir
Kosta-Rikanın Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada bu ölkənin 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilmiş cavab notasında Kosta-Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.