Xəbərlər
Keçən il BTC kəməri ilə 28,8 milyon tondan çox Azərbaycan nefti nəql edilib
2015-ci ilin dekabrında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ildə bu kəmərlə ümumilikdə 28 milyon 835 min 543 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən 2016-cı il yanvarın 1-nə qədər kəmərə 292 milyon 675 min 389 ton neft vurulub.
Ötən ilin dekabrında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Ümumiyyətlə, 2015-ci ildə BTC ilə nəql olunan Türkmənistan və Qazaxıstan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib.