Xəbərlər
Cənubi Koreya ABŞ-la danışıqlara başlayıb
“Reuters”in məlumatına görə, Cənubi Koreya hərbi rəsmisi bəyan edib ki, ölkəsi ABŞ strateji təchizatının Koreya yarımadasında yerləşdirilməsi üçün rəsmi Vaşinqtonla danışıqlara başlayıb. Koreya tərəfi bu addımı Şimali Koreya hökumətinin hidrogen nüvə silahını uğurla sınaqdan keçirdiyini elan etməsindən bir gün sonra atıb.
ABŞ tərəfi və silah mütəxəssisləri Şimali Koreyanın nüvə texnikasının iddia edildiyi kimi təkmil olmasını şübhə ilə qarşılasalar da, təhlükəli nüvə proqramına görə təcrid olunmuş ölkəyə qarşı yeni sanksiyaların tətbiqinə çağırışlar artıb. Yeraltı partlayış şəklində aparılan sınaq Şimali Koreyanın əsas müttəfiqi olan və sınaq barədə qabaqcadan məlumatlandırılmayan Çini də qəzəbləndirib. Ağ evin məlumatına görə isə Yaponiya baş naziri Şinzo Abe ABŞ prezidenti Barak Obama ilə telefon danışığında bu hadisəyə qətiyyətli qlobal cavabın verilməli olduğu fikri ilə razılaşıb.