YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ölkəmizdə dərman istehsalı üçün potensial var

«Dərman strateji məhsuldur. Dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də, bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, indiyə qədər Azərbaycanda dərman istehsalı olmayıb. Onun sözlərinə görə, ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir.

«Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar  istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Artıq hökumət bu məsələ üzərində işləyir. Tanınmış xarici şirkətlərlər birgə dərman istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Bu, çox vacib və əhəmiyyətli məsələdir. Ölkəmizdə dərman istehsalı üçün potensial var»- deyə, M.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv