Xəbərlər
Kürdəmirdə gənclər üçün yay düşərgəsi olunub
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə gənclər üçün yay düşərgəsi olunub.
Kür çayı sahilində təşkil olunan düşərgədə YAP Kürdəmir rayon təşkilatının, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Düşərgə çərçivəsində gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual və komanda bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilib.
“Nə? Harada? Nə zaman?” intellektual yarışı, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qrup işi, müxtəlif əyləncəli oyunlar və digər fəaliyyətlər təşkil olunub.
Düşərgənin sonunda gənclər ətraf mühitin qorunmasına və təmizliyinin təmin olunmasına diqqət çəkmək məqsədilə ərazidə təmizlik aksiyası keçiriblər.
Sonda düşərgədə fəal iştirak edən gənclər təşəkkürnamə ilə təltif olunublar.
