YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qafarov və Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri Elşən Əzim çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biridir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ana dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələlərindən birini təşkil edir.

Vurğulanıb ki, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması, saflığının qorunması və geniş təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Çıxışlarda, həmçinin ana dilinin zənginliyinin qorunmasının, onun gələcək nəsillərə olduğu kimi çatdırılmasının və gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifə olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd olunması milli-mənəvi irsimizin təbliği, ana dilinə sevgi və hörmət hisslərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

DİGƏR Xəbərlər Arxiv