YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu

«Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdışı ilə ilk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı, Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Onun sözlərinə görə, müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu, ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı. 

«2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Artan iqtisadi potensial və büdcə imkanları, dövlət bölmələrinin dəqiq fəaliyyəti, işçilərin ixtisas səviyyəsinin yüksəlməsi idarəçilikdə yeni ideya və yanaşmaların tətbiqinə, iqtisadiyyatın üstün istiqamətlərində dövlət təsirini gücləndirməyə imkan verdi. Bir neçə il ərzində həyata keçirilən, iqtisadiyyat və sosial həyat sahələrinin inkişaf parametrlərini müəyyənləşdirən, dövlətin resurslarını və özəl kapitalı üstün istiqamətlərdə cəmləşdirməyə imkan verən dövlət proqramları hökumətin və bütövlükdə icra orqanlarının fəaliyyətində mühüm yer tutur.  Regionların sosial-iqtisadi inkişafına, elektroenergetikanın, yol şəbəkəsinin, digər nəqliyyat kommunikasiyalarının, informasiya-kommunikasiya texnologiyaları sahəsinin, neft-kimya kompleksinin, metallurgiya sahəsinin, kiçik biznesin inkişafına dair dövlət proqramları qəbul edilmişdir və uğurla yerinə yetirilir. Orta təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, orta pillə kadrlarının hazırlanması proqramları reallaşdırılır»- deyə, komitə sədri qeyd edib.