YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Şəmkir rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Xalq şairi Səməd Vurğunun və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev Səməd Vurğunun şəxsiyyətinə və yaradıcılığına hər zaman yüksək qiymət verib. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında 26 fevral 2026-cı il tarixli Sərəncamı görkəmli sənətkarın xatirəsinə ehtiramın, xalqımızın zəngin mənəvi-mədəni irsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Çıxışlarda Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən, zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, şairin yaradıcılığı vətənpərvərlik, humanizm və yüksək mənəvi dəyərlərin təbliği baxımından bu gün də aktuallığını qoruyur. Vurğunun əsərlərinin Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında yer aldığı, gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, onun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır.

Tədbirin bədii hissəsində Səməd Vurğunun şeirləri səsləndirilib, yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib. Şəmkir Ə.Cavad adına Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında nümayiş etdirilən səhnəciklər və şairin əsərlərindən hazırlanmış kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.