YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi ehtiramla anılır

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvü, şəhid anası Bağıyeva Simuzər Əli qızının 55 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıb. Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Cəmil Həşimlinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun Vətənə xidmətləri və əziz xatirəsi ehtiramla yad edilib.

Simuzər Bağıyeva göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan qürur duyduğunu bildirib.