Xəbərlər
Əhliman Əmiraslanov: Bu gün Azərbaycan son dərəcə uğurla irəli addımlayır

«15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub». Bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtuldu, Azərbaycanın dövlətçiliyi qorunub saxlanıldı.Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin gərgin zəhməti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz bəhrəsini verməkdədir.
«Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınır, iqtisadiyyatımız güclənir. Səhiyyə, təhsil sahəsindəki nailiyyətlərimizə, ümumiyyətlə dövlət müstəqilliyimizin yaşamasına görə məhz Ulu öndərə borcluyuq. Bu gün Azərbaycan son dərəcə uğurla irəli addımlayır”»- deyə, akademik vurğulayıb.