YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu il”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu il” mövzusunda tədbir keçirilib.

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” məşğələsinin iştirakçıları və bir qrup gəncin qatıldığı tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, onun Azərbaycana ilk rəhbərliyi dövründə həyata keçirdiyi genişmiqyaslı islahatlardan və həmin siyasətin ölkəmizin hərtərəfli inkişafındakı mühüm rolundan bəhs edib.

Tədbirdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Məmmədağa Sərdarov Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti və strateji düşüncə tərzi müasir Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırıb.

Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Kamran Sədullayev, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, partiya fəalı Babacan Zəkiyev və Qusar şəhər 1 nömrəli tam orta məktəbin əlaçı şagirdi Elmir Ağamirzəyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb, bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Elmir Ağamirzəyevə hədiyyə verilib.