YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin inkişaf və tərəqqisinin əsasının qoyulduğu əlamətdar tarixdir. O qeyd edib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçilik ənənələri möhkəmlənib, milli birlik və xalqın gələcəyə inamı daha da güclənib. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Səidə Abasova çıxışında vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olub. O bildirib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün ölkəmizin davamlı inkişafına və qüdrətinin daha da artmasına xidmət edir.

Dəyirmi masada çıxış edən Quba şəhər Mehrab Niftəliyev adına Texniki Təmayüllü Liseyin tarix müəllimi Elxan Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun Quba Təcrübə Bazasının aparıcı elmi işçisi Dilşad Bayramova, Qırmızı Qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev, Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, partiya veteranı Mirkazım Cəfərov, tarix müəllimi Anar Murtuzov və ərazi partiya təşkilatının sədri Saməddin Nəsirov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında, milli dövlətçilik ideyalarının möhkəmləndirilməsində və xalqımızın tərəqqisində göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan şəxslərə - I Qarabağ müharibəsi şəhidi David Əliyevin anası Rayisə Əliyevaya, Vətən müharibəsi şəhidi Rahim Mikayılovun həyat yoldaşı Nurxanım Mikayılovaya və II Nügədi kənd sakini Murad Əhmədova təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib