YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Böyük yolun başlanğıcı” və “Heydər Əliyev müasir və güclü Azərbaycanın memarıdır” mövzularında tədbirlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Həmçinin Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanışlıq olub.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, təhsil, mədəniyyət və bələdiyyə nümayəndələri çıxış edərək bildiriblər ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsi olmaqla, gələcək müstəqil və qüdrətli dövlətin təməlinin qoyulduğu mühüm tarixi mərhələdir.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə respublikanın sosial-iqtisadi, elm, təhsil və sənaye sahələrində genişmiqyaslı islahatlar həyata keçirilib, milli dövlətçilik ənənələri möhkəmləndirilib və Azərbaycanın gələcək inkişaf strategiyası formalaşdırılıb. Qeyd olunub ki, bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişafını təmin edərək beynəlxalq nüfuzunu daha da gücləndirir.