Partiya xəbərləri
YAP GB-in nümayəndə heyəti AK Partinin Gençlik Kollarının Ankara şəhərində keçirilən konfransında iştirak edib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti dekabrın 20-də Türkiyənin iqtidar partiyası olan AK Partinin Gençlik Kollarının paytaxt Ankara şəhərində keçirilən konfransında iştirak edib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov, YAP GB idarə heyətinin üzvü Həsən Daşdəmirov və YAP GB ofisinin koordinatoru Fərid Nəsibovun daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində bir sıra görüşlərdə olmuş, həmçinin AKP-nin sədri, Türkiyənin Baş nazir cənab Ahmet Davudoğlu ilə də görüşmüşdür.