YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Təzəkənd ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirib.

Tədbir iştirakçıları əvvəlcə kənd ərazisində yerləşən Şəhidlər abidəsini ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.

Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətindəki müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolunda yeni nailiyyətlər qazanır.

Seyfəddin Əliyev qeyd edib ki, Ümummilli Liderin ən böyük amallarından biri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın sarsılmaz birliyi nəticəsində bu müqəddəs amal reallığa çevrilib. Vurğulanıb ki, əldə olunan tarixi Zəfər Ulu Öndərin siyasi kursunun təntənəsidir və hər bir partiya üzvü bu həqiqətlərin cəmiyyətə çatdırılmasında fəal rol oynamalıdır.

Daha sonra Təzəkənd ərazi partiya təşkilatının sədri Səfər Əliyev, partiya fəalları İzzət Əliyev, Bahadır Tahirov, Qardaş Tağıyev və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə uğurla davam etdirdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycanın son illərdə bütün sahələrdə mühüm nailiyyətlər əldə etdiyini bildiriblər.

Çıxışlarda Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun yüksək peşəkarlığının və xalq-dövlət birliyinin parlaq təcəssümü olduğu vurğulanıb.