YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarusu möhkəm dostluq telləri bağlayır

Dekabrın 22-də Belarus Respublikasının Azərbaycandakı səfirliyində fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviçin ilk mətbuat konfransı keçirilib. Ölkəmiz barədə təəssüratlarını bölüşən səfir Azərbaycan-Belarus əlaqələrindən söhbət açıb.

Səfir Gennadi Axramoviç qonaqları salamlayaraq ölkəmizə gəlməsindən məmnun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan yüksək sürətlə inkişaf edir, Bakı isə dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir. G.Axramoviç iki ölkənin iqtisadiyyat, sənaye, elm və mədəniyyət sahələrində əməkdaşlığını yüksək qiymətləndirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfərinin iki dövlət arasında dostluq əlaqələrinin möhkəmlənməsində rolunu xüsusi vurğulayıb.

G.Axramoviç qeyd edib ki, Azərbaycan ilə Belarusu ortaq tarixi keçmiş birləşdirir. Beloruslar Böyük Vətən müharibəsi cəbhələrində qəhrəman Azərbaycan döyüşçülərinin mənfur faşistlərə qarşı beloruslarla çiyin-çiyinə fədakarlıqla vuruşmasını unutmur, onların xatirəsini ehtiramla yad edirlər. Səfir əmin olduğunu bildirib ki, 2016-cı il hər iki ölkə üçün daha səmərəli olacaq, ölkələrimiz arasında əmtəə dövriyyəsi artacaqdır.

G.Axramoviç Azərbaycanın inkişafına, onun qazandığı nailiyyətlərə heyran olduğunu bildirərək birinci Avropa Oyunları mövzusuna toxunub, bu hadisəni Avropa olimpiya hərəkatının təməlini qoymuş, qitə xalqları arasında sülh və dostluğa xidmət edən möhtəşəm idman bayramı adlandırıb.

Səmimi şəraitdə keçən tədbirdə səfir G. Axramoviç jurnalistləri maraqlandıran suallara cavab verib.

 

DİGƏR Xəbərlər Arxiv