Xəbərlər
Azərbaycanın müdafiə naziri Moskvaya gedib
Dekabrın 22-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.