Xəbərlər
Azad Rəhimov: İdman infrastrukturu təkcə paytaxt Bakıda deyil, regionlarda da inkişaf etdirilir
«Bu il Azərbaycan idmanı üçün əlamətdar oldu». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Bakının birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin idmançılarımızın qazandıqları medalların sayının artması ölkəmizin mühüm uğurudur. Onun sözlərinə görə, il ərzində atletlərimiz Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 820-dən çox medal qazanıblar. Bu, ötənilki göstəricidən yüksəkdir.
«Azərbaycanda idman infrastrukturu təkcə paytaxt Bakıda deyil, regionlarda da inkişaf etdirilir. Hazırda bölgələrdə fəaliyyət göstərən 41 Olimpiya İdman Kompleksində uşaqlar sərbəst şəkildə idmanla məşğul olurlar. Həmçinin regionlarda uşaqlar arasında zona yarışları da təşkil olunur ki, bu da idmanın kütləviləşdirilməsinə xidmət edir»- deyə, nazir vurğulayıb.