Xəbərlər
“Tarixi Zəfərdən yeni hədəflərə”
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının inzibati binasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixi Zəfərdən yeni hədəflərə” mövzusunda gənclərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, Azərbaycan xalqı bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyini qoruyur və həmin ideyaların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir.
Mansur Quliyev qeyd edib ki, milli maraqlara əsaslanan, xalqın rifahına xidmət edən və müasir çağırışlara cavab verən dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifələrindən birini yazaraq Vətən müharibəsində möhtəşəm Zəfər qazanıb. O vurğulayıb ki, bu tarixi qələbənin əldə olunmasında Azərbaycan gənclərinin də mühüm rolu və payı olub.
Rayon təşkilatının sədri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi irsi, uzun illər ərzində formalaşdırılmış güclü dövlət idarəçiliyi, xalq-iqtidar birliyi, yüksək milli ruh və müasir ordu quruculuğu sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə nail olub.
Tədbirdə gənclərlə ölkəmizin inkişaf perspektivləri, əldə olunan uğurlar və qarşıda duran yeni hədəflər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
