YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərurda Silahlı Qüvvələr Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının təşəbbüsü ilə Şərur Rayon Olimpiya İdman Kompleksində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Qələbənin canlı tarixçiləri” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev 26 İyun - Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyətindən bəhs edib. O, Azərbaycan Ordusunun formalaşması və güclənməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələrdən danışıb.

Əmir Babayev çıxışında Vətən müharibəsi iştirakçıları və qazilərin keçdiyi şərəfli döyüş yolundan, Vətənə xidmətin müqəddəs və məsuliyyətli missiya olmasından, hərbi xidmət illərində qazandıqları təcrübələrdən söz açıb. O, gəncləri dövlətə, Vətənə və milli-mənəvi dəyərlərə sədaqətli olmağa çağırıb.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ceyhun Davıdov, Vətən müharibəsi qaziləri Əli Əlisoy və Həmzə Əliyev Azərbaycan Ordusunun qüdrətindən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən bəhs ediblər.

Tədbirin sonunda qazilərə xatirə hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv