YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Fariz Camallı, Mərkəzi Xəstəxana Polikilinkasının baş həkimi Solmaz Şıxlıniskaya və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan səhiyyəsinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi dövründə səhiyyə sisteminin möhkəmləndirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, ölkəmizdə müasir tələblərə cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri inşa olunur, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl islahatlar aparılır.

Vurğulanıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublikanın müxtəlif bölgələrində çoxsaylı səhiyyə müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu layihələr ölkədə səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və insanların keyfiyyətli tibbi xidmətlərə çıxışının genişləndirilməsinə mühüm töhfə verir.

Bu gün Prezidentin rəhbərliyi ilə Böyük Qaydış Proqramı nəticəsində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə müasir standartlara cavab verən səhiyyə müəssisələri, mərkəzi xəstəxanalar və tibb mərkəzləri inşa edilərək əhalinin istifadəsinə verilib. 

Tədbirdə tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolu, onların insan sağlamlığının keşiyində dayanan fədakar fəaliyyəti yüksək qiymətləndirilib.

Tədbirin sonunda antiterror əməliyyatları zamanı şəhid olmuş leytenant Ömər Şirinovun anası, Mərkəzi Xəstəxananın əməkdaşı Çimnaz Şirinovaya Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olunub, həmçinin bir qrup tibb işçisi fəxri fərmanı ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv