YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur”

Lerik Rayon Mədəniyyət Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində mühüm yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə sektor müdiri Natiq İsaqov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev və digərləri Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Tədbir çərçivəsində Milli Qurtuluş Günü münasibətilə təşkil olunan Böyük Nərd Yarışının qalibləri mükafatlandırılıb. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Sonda rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.