YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqın taleyini dəyişən tarixi qurtuluş”

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın taleyini dəyişən tarixi qurtuluş” adlı tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Şamaxı Veteranlar Şurasının sədri Ağarza Bayramov və Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə çıxış edərək Milli Qurtuluş Gününün ölkəmizin müasir tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv