YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü Şəkidə də qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Liderin və Azərbaycan uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev və Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Cəsarət Abdullayev Ulu Öndərin xalq qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, Ümummilli Liderin yenidən hakimiyyətə gəldiyi günün Milli Qurtuluş Günü kimi qeyd edildiyini vurğulayıblar.

Qeyd edilib ki, müstəqil respublikamızın əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənc üzvlərə partiya vəsiqələri təqdim edilib.

Sonda “Xalqın taleyini dəyişən zəfər günü” adlı sənədli film nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv