YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qurtuluşdan zəfərə gedən yol” mövzusunda tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan zəfərə gedən yol” mövzusunda tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov vurğulayıb ki, Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılan, ölkəmizi böyük perspektivlərə aparan inkişaf yolunun, uğur və qələbələrinin başlanğıc tarixi olub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən və dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxarıb. Xalq Ümummilli Liderin ətrafında sıx birləşərək, dövlətin və ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.

Partiya fəalları Aysu Rəhimova, Rüfət Məmmədov və Nicat Heydərov çıxışlarında Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd edilib ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan beynəlxalq müstəvidə nüfuz sahibi olan qüdrətli dövlətə çevrilmiş, milli maraqlara əsaslanan siyasi xətt ardıcıl şəkildə həyata keçirilmiş, eyni zamanda möhtəşəm tarixi Zəfərimiz əldə edilmiş və torpaqlarımız işğaldan azad olunmuşdur.

Tədbirin sonunda rayon təşkilatının fəaliyyətində fərqlənən üzvlərə fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv