YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır”

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Kəngərli rayon Mədəniyyət sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kəngərli RİH başçısı Kamal Ələkbərov 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəni ağır siyasi böhrandan xilas edərək müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğulayıb. O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində yeni bir mərhələnin başlanğıcı olub. Həmin dövrdə əsası qoyulan sabitlik və dövlətçilik ənənələri bugünkü uğurlarımızın əsasını təşkil edir.

Tədbirdə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva qeyd edib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olmaqla yanaşı, sonrakı nailiyyətlərimizin də möhkəm təməlidir. Ümummilli Liderin formalaşdırdığı güclü dövlətçilik modeli sayəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkəmizin iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti bu gün uğurla davam etdirilir. Milli Qurtuluşdan başlanan inkişaf yolu xalqımızı tarixi Zəfərə qovuşdurmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv