YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

Cəbhədə davam edən gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir.

Bunu Ermənistan saytlarının Azərbaycan Ordusunun itkiləri barədə yaydığı xəbərlərlə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilib ki, qoşunların təmas xəttində düşmənin fəallığının qarşısı Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır. Erməni tərəfi verdiyi xeyli sayda itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır.

“Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayətkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.