YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Həsən Əliyev küçəsi 82” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və 258 nömrəli tam orta məktəbin direktoru Kəmalə Əliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətindəki müstəsna xidmətlərindən, eləcə də ölkənin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan son illərdə mühüm uğurlara imza atıb. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə və ərazi bütövlüyümüzün bərpası ölkəmizin müasir tarixinin ən şanlı səhifələrindən biridir.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin inkişafı istiqamətində mühüm rol oynamaqda davam edir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Kəmalə Əliyeva ərazi partiya təşkilatının sədri, Əli Kərimov isə sədr müavini seçiliblər.

DİGƏR Xəbərlər Arxiv