YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Kris Smit adi bir konqresmendir və inanırıq ki, onun Azərbaycana qarşı təqdim etdiyi qanun layihəsi Konqresdən keçməyəcək

«ABŞ Konqresində Azərbaycanın kifayət qədər dostları var. Kris Smit adi bir konqresmendir və inanırıq ki, onun Azərbaycana qarşı təqdim etdiyi qanun layihəsi Konqresdən keçməyəcək». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.

O.Əsədov bəzi kütləvi informasiya vasitələrində bu məsələnin şişirdilməsinin düzgün olmadığını deyib. Sədr bildirib. Spiker O.Əsədov K.Smitin erməni lobbisinin təsiri altında olduğunu diqqətə çatdırıb. O, deyib ki, erməni diasporunun radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində K.Smitlə Konqresdə çəkdirdiyi şəkli yerləşdirib və yazıb ki, onun işini dəstəkləmək üçün bu görüşü keçirir.

«Bu, əslində K.Smitin kim olduğunu açıq-aydın göstərir. Helsinki Komissiyasının sədri, ermənipərəst Kristofer Smitin ABŞ Konqresinə erməni lobbisinin maraqları üçün göndərdiyi sərsəm sənədi jurnalistlərin şok hadisə kimi təqdim etməsi təəssüf doğurur. Bu, Konqresə aid olmayan bir qrupun yazdığı məsələdir. Burada şok hadisə yoxdur. Əminəm ki, ermənipərəst Kristofer Smitin təqdim etdiyi layihə Konqresdən keçməyəcək. Bunun indiki vaxta salınması da təsadüfi deyil. Məlumdur ki, Azərbaycanda hər il bu vaxtlar dövlət başçısı tərəfindən əfv sərəncamı  verilir. Onlar bizə təsir etməyə çalışırlar ki, guya bunların təkidi ilə kimlərsə azadlığa buraxılır. Hesab edirəm ki, buna çox böyük diqqət verməməliyik. Bu Amerikanın mövqeyidir, yoxsa ermənilərə işləyən deputatın fikridir? Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlərə açıqlama verməlidir»- deyə, O.Əsədov vurğulayıb.