YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: İnkişaf tendensiyası ardıcıl surətdə davam etməkdədir

«Bu gün bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərinin aparılması müasir inkişaf mərhələsinin reallıqlarıdır». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, görülən işlər bir daha onu deməyə əsas verir ki, Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib. Onun sözlərinə görə, bu tendensiya ardıcıl surətdə davam etməkdədir.

«Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar onun layiqli davamçısı, alternativsiz liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir»- deyə, deputat qeyd edib.