Xəbərlər
YAP Kürdəmir rayon təşkilatında partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiya veteranı Sarif Saleh oğlu Əskərovun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıb. O, Sarif Əskərovun uzun illər ərzində partiyanın fəaliyyətində fəal iştirak etdiyini deyib, Yeni Azərbaycan Partiyasının ideya və dəyərlərinin təbliği istiqamətində xidmətlərini yüksək qiymətləndirib.
Yubilyar ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunmuş Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağın onun üçün böyük qürur mənbəyi olduğunu bildirib.
Görüş zamanı partiya veteranı Sarif Əskərova partiya dəyərlərinin təbliğində, ictimai-siyasi proseslərdə fəal iştirakına və 70 illik yubileyi münasibətilə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub.
