Xəbərlər
Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı bölməsində artım qeydə alınıb
Bu ilin on bir ayı ərzində Azərbaycanda sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə 1724,5 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 0,3 faiz artım əldə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2 faiz artaraq 214,4 milyon manat təşkil edib.