Xəbərlər
Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
