Xəbərlər
Sabirabadda da Müstəqillik Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının, Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək müstəqillik tariximizin şanlı səhifələrindən bəhs ediblər.
Çıxışlarda Azərbaycanın suveren dövlət kimi keçdiyi tarixi inkişaf yolu təhlil olunub, milli dövlətçilik ideyalarının cəmiyyətdə, xüsusilə gənc nəsil arasında təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün regionda və dünyada güclü, nüfuzlu və söz sahibi olan dövlətə çevrilib.
Həmçinin milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Bayraq Muzeyinin gənclərin mənəvi tərbiyəsində oynadığı mühüm rol xüsusi vurğulanıb.
