YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“28 May - Müstəqillik Günü xalqımızın milli qürur və birliyinin simvoludur”

28 May - Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Tovuz Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə Tempo turniri təşkil edilib. Turnirdə III qrup üzrə ümumilikdə 68 uşaq və yeniyetmə iştirak edib. Yarışın yekununda 12 nəfər qalib elan olunaraq təltif olunub.

“28 May - Müstəqillik Günü xalqımızın milli qürur və birliyinin simvoludur” mövzusunda keçirilən tədbir isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Aysel Quliyeva, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Nigar Səfxanova, Tovuz Peşə Təhsil Mərkəzinin direktor vəzifəsini icra edən Fariz Bayramov çıxış ediblər.

Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli dövlətçilik tariximizdə mühüm və dönüş yaradan mərhələ olduğunu vurğulayıblar. Bildirilib ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaradılması xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Cümhuriyyət dövründə dövlət rəmzlərinin qəbul olunması, milli ordunun formalaşdırılması və demokratik institutların yaradılması bu günkü müstəqil Azərbaycanın ideoloji əsaslarını təşkil edir. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasını tarixi nailiyyət kimi dəyərləndiriblər.
Sonra 28 May - Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirin sonunda şahmat üzrə Tempo turnirinin qaliblərinə diplom və hədiyyələr verilib.

DİGƏR Xəbərlər Arxiv