Xəbərlər
bp: Neftin qiymətinin ucuzlaşması Azərbaycanda reallaşdırılan layihələrin icrasına təsir etməyəcək
Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bp şirkətinin Azərbaycanda reallaşdırdığı layihələrin icrasına təsir göstərməyəcək. bp Azərbaycanda icra etdiyi layihələri dayandırmaq niyyətində deyil. Həmin layihələrə həm uzunmüddətli layihələr, həm də daha qisamüddətli və sosialyönümlü layihələr də daxildir.
Bu sözləri “bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması ilə əlaqədar maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq neft-qaz əməliyyatları sahəsində ümumi qəbul olunmuş təcrübə nəzərə alınmaqla müvafiq tədbirləri həyata keçirməyə başlayıb. SOCAR sosialyönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması ilə bağlı tədbirlərə başlayıb. Həmçinin, 2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər də nəzərdə tutulub.