Xəbərlər
Bu ilin mayında Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac edilmişdir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin mayında Novorossiysk limanından 84 min 832 ton, Supsa limanından 161 min 315 ton, Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac etmişdir.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 423 min 644 ton, Supsa limanından 1 milyon 210 min 535 ton, Ceyhan limanından isə 8 milyon 442 min 415 ton xam neft ixrac edilmişdir.
Şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.